Etibarlı Gömrük Təmsilçiniz
Xidmətlərimiz
Hər növ Gömrük bəyannaməsinin tərtibi
- Qısa idxal bəyannaməsinin tərtibi
- İdxal/İxrac Gömrük bəyannaməsinin tərtibi
- Bütün prosedurlar üzrə Gömrük bəyannaməsinin tərtibi
- Tranzit gömrük bəyannaməsinin tərtibi
Gömrük Təmsilçiliyi (Broker)
- Bizimlə bağlanmış Müqavilə əsasında , artıq Sizin Gömrük məntəqəsinə getməyinizə ehtiyac olmayacaq. Gömrük orqanlarında Sizi güvənilir şəkildə təmsil edərək yüklərinizin rəsmiləşdirilməsini həyata keçirəcəyik. İdxal və ixrac əməliyyatlarınızı rahatlıqla peşəkar və məsuliyyətli əməkdaşlarımıza həvalə edə bilərsiniz.
Beynəlxalq Yükdaşıma (Logistika)
- Uzun illər Logistika sahəsində təcrübəsi olan əməkdaşlarımız Sizə aid olan yüklərin təhlükəsiz və sərfəli şəkildə qeyd etdiyiniz ünvana çatdırılmasını təşkil edəcəkdir. Logistika sahəsində uzun illər təcrübəmizin olması və güvənilir xarici partnyorlarla çalışdığımız üçün yüklərinizi rahatlıqla bizə etibar edə bilərsiz.
Ödənişsiz konsultasiya
- Yükləriniz yola düşməzdən əvvəl və ya yolda olan zaman hər hansı bir sualınız yaranarsa hər zaman cavablandırmağa hazırıq.
- Ehtiyac yaranarsa öncədən Gömrük rüsumlarını hesablayaraq müştəriyə məlumat veririk.
Haqqımızda
Uni Broker 2019-cu ildən Azərbaycan Respublikasının Gömrük Komitəsi tərəfindən aparılmış Broker şirkətlərinin reyestrinə daxil edilmiş və həmin vaxtdan etibarən rəsmi fəaliyyətə başlamışdır. Şirkətimizin yeni olmasına baxmayaraq əməkdaşlarımız Gömrük təmsilçiliyi və Logistika xidmətləri üzrə uzun müddətli təcrübəyə malikdir. Qısa müddətli fəaliyyəti ərzində Uni Broker müştəri və tərəfdaşları arasında etibarlı və məsuliyyətli partnyor kimi özünü doğrulmağı bacarmışdır.
Şirkətimiz, etibarnamə əsasında Gömrük təmsilçiliyi və bütün növ xarici yük daşınması xidmətlərini həyata keçirir. Ən sərfəli və etibarlı xidmət göstərməyə çalışdığımız üçün müştərilərimiz hər zaman bizim xidmətlərdən razı qalmışdır.
Əsas hədəfimiz, Etibarlı bir tərəfdaş kimi hər zaman müştərilərimizin mənafeyini gözləmək və daima optimal yolları göstərməkdir. Biz əminik ki, xidmətimizdən istifadə edən hər bir müştəri bizdən razı qalacaqdır.

Əlaqə
Telefon
+994 55 820 00 13
info@unibroker.az
Ünvan
Bakı şəh , Salyan Şossesi 14